Fatih Terim ildə 2,6 milyon dollar maaş alacaq
01.07.2008 - 11:57
Fatih Terim ildə 2,6 milyon dollar maaş alacaq
Federasiyanın toplantısında Fatih Terimin 2010-cu ildə bitəcək müqaviləsinin müddətinin artırılması məsələsi də müzakirə olunacaq. TFF həmçinin yaradılması nəzərdə tutulan futbol akademiyalarının da Fatih Terimin tabeçiliyinə verməyi planlaşdırır. Toplantıya dəvət olunacaq Fatih Terimin baş məşqçi postunda qalıb-qalmayacaq qərarını bu gün açıqlayacağı gözlənilir.
Qeyd edək ki, baş məşqçi postunda qalacağı təqdirdə Fatih Terim Avropanın ən yüksək maaş alan milli komanda məşqçilərindən olacaq. Hazırda bu siyahıya ildə 2,5 milyon avro maaş alan Almaniya yığmasının baş məşqçisi Yoahim Löv başçılıq edir. Portuqaliyanın sabiq baş məşqçisi Luis Felipe Skolari və Rusiya millisinin baş məşqçisi Qus Hiddink ildə 3 milyon dollar maaş alırlar. Baş məşqçilər arasında ən az maaş alan Fransa millisinin rəhbəri Raymon Domenekdir. Onun illik maaşı 500 min dollardır. Almaniyalı çalışdırıcı Berti Foqts isə Azərbaycan yığmasında ayda təxminən 95 min avro maaş alır.


0