“Fənərbaxça” klubunun yeni baş məşqçisi Luis Araqonesə 1 mövsümə 4 milyon avro veriləcək
01.07.2008 - 13:14
“Fənərbaxça” klubunun yeni baş məşqçisi Luis Araqonesə 1 mövsümə 4 milyon avro veriləcək
Bakı - APA-Sport. İspaniya yığmasına Avropa çempionu titulunu qazandırmış Luis Araqonesin İstanbulun “Fənərbaxça” klubu ilə bağlayacağı müqavilənin maddi dəyəri açıqlanıb. “APA-Sport” agentliyinin İspaniya mətbuatına istinadən yaydığı məlumata görə, 70 yaşlı məşqçi yeni komandasında 1 mövsümə 4 milyon avro maaş alacaq. Həmçinin, L.Araqones müxtəlif turnirlərdə qazanılan qələbələrə görə pul mükafatı əldə edəcək. “Fənərbaxça” rəhbərliyinin vəd etdiyi pulun hamısını baş məşqçiyə verəcəyi ilə bağlı razılaşmaya xüsusi bənd salınacaq. İspaniyalı çalışdırıcı bu həftə İstanbula gələrək, ikiillik müqaviləyə imza atacaq. “Fənərbaxça”da ona milli komandada da birgə işlədiyi məşqçilər Xose Armando Ufarte və Xesus Paredes yardımçı olacaqlar.
0