Azərbaycan klubları yenə İFFHS-nin reytinq siyahısına düşməyib
01.07.2008 - 13:37
Azərbaycan klubları yenə İFFHS-nin reytinq siyahısına düşməyib
Bakı. Mehman Süleymanov - APA-Sport. Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (İFFHS) bu gün klubların yeni reytinq cədvəlini açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan təmsilçiləri yenə 351 klubun yer aldığı reytinq siyahısına düşməyib. Bunun üçün avrokuboklarda mərhələ adlamaq əsas şərtlərdən olsa da, “Neftçi”nin reytinqi aşağı olan, son dəfə keçirilən İntertotoda ikinci mərhələyə adlaması da buna imkan verməyib. Əvəzində Azərbaycan milli komandasının üzvlərinin çıxış etdiyi klublar əvvəlki tək İFFHS-nın sıralamasında yer alıb. Ən yaxşı göstəriciyə milli komandamızın serbiyalı hücumçusu Branimir Subaşiçin yeni klubu olan “Srvena Zvezda” malikdir. Serbiyanın paytaxtı Belqradı təmsil edən komanda 107 xalla 104-cü pillədə qərarlaşıb. “Srvena Zvezda” ötən reytinqlə müqayisədə 3 pillə irəliləyib. Yığmamızın müdafiəçisi Saşa Yunisoğlunun çıxış etdiyi Polşanın “Qrotslin” klubu 4 pillə irəliləyərək, 140-cı yerdə gedir. Komandanın hesabında 94 xal var. Milli komandamızın yarımmüdafiəçisi İlqar Qurbanovun şərəfini qoruduğu Türkiyənin “Sivasspor” klubu isə mövqeyini dəyişməyib. Sivas şəhərinin təmsilçisi 72 xalla 258-ci pillədə yer alıb.
0