Azərbaycan futbol yığması yeni antirekord müəyyənləşdirib
02.07.2008 - 14:17
Azərbaycan futbol yığması yeni antirekord müəyyənləşdirib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan futbol yığması yeni antirekord müəyyənləşdirib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamız FİFA-nın reytinq cədvəlində son 12 ildə ən pis göstəriciyə imza atıb. 139-cu pilləyə düşən Azərbaycan 1996-cı ildən indiyədək belə geriləməyib. Azərbaycanın bunadək ən pis göstəricisi 1996-cı ilin fevralında açıqlanan reytinq sıralamasında 141-ci yer olub. 14 ildir FİFA və UEFA-nın üzvü olan milli komandamızın reytinqdə ən aşağı göstəricisi həmin vaxt olub. Belə ki, 1994-cü ilin iyunundan FİFA-nın reytinqində yer alan yığmamız sıralamaya 170-ci yerdən başlayıb. Əksər vaxt ilk “yüzlük”dən kənarda qalan Azərbaycanın dünya ali futbol qurumunun reytinq cədvəlində ən yüksək göstərici 97-ci yer olub. Bu, ilk dəfə 1999-cu ilin iyununda reallaşıb.
Qeyd edək ki, 2008-ci ilə FİFA-nın reytinqinə 116-cı yerdə başlayan milli komandamız arxada qalan altı ayda 23 pillə geriləyib.
0