Qoran Arnaut “Rabotniçki” klubuna qarşı oynamayacaq
02.07.2008 - 15:59
Qoran Arnaut “Rabotniçki” klubuna qarşı oynamayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycan çempionu “İnter” Çempionlar Liqasında Makedoniyanın “Rabotniçki” klubu ilə oyuna itki ilə çıxacaq. Bu barədə “APA-Sport” agentliyinə komandanın baş məşqçisi valentin Xodukin məlumat verib. Onun sözlərinə görə, 29 yaşlı serbiyalı yarımmüdafiəçi Qoran Arnaut birinci təsnifat mərhələsində komandaya kömək edə bilməyəcək: “Onun Bakıdakı oyunda meydana çıxmayacağı dəqiqdir. Skopyedə keçiriləcək cavab görüşündə isə iştirak edəcəyi hansı formada olacağından asılı olacaq”.
V.Xodukin Latviya yığmasının üzvü olan 30 yaşlı sol cinah yarımmüdafiəçisi Andrey Rubinin hələ də Türkiyədə hazırlığa qatılmadığını bildirib: “Rubinin transferində yaranan problemin həlli üzərində iş gedir. Latviyalı yalnız bundan sonra hazırlığa qatılacaq. Yeni hücumçu axtarışımız davam edir. Seçimdə yanılmamaq üçün tələsmirik. Rusiyalı hücumçu Alan Kusov komandaya qoşulub. O, hazırlığına görə komandamızdakı futbolçulardan geri qalır. Yaxşı formada olmayan Alan üzərində işləmək lazımdır. Kusovu sabahkı yoxlama oyununda sınayıb, taleyinə aydınlıq gətirmək fikrim var”.
0