“Xəzər-Lənkəran” klubunun rəqibi Kuba yığması ilə qarşılşacaq
03.07.2008 - 09:37
“Xəzər-Lənkəran” klubunun rəqibi Kuba yığması ilə qarşılşacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycanı UEFA kubokunda təmsil edəcək “Xəzər-Lənkəran” və “Olimpik” klublarının rəqibləri növbəti yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, lənkəranlılar kimi mövsümə Avstriyada hazırlaşan Polşanın “Lex” klubu Serbiyanın “Voyvodina” komandası ilə görüşüb. “Olimpik”in rəqibi olan serbiyalılar Frantişek Jmudanın baş məşqçisi olduğu polşalılar önündə aciz qalıb. “Xəzər-Lənkəran”ın rəqibi üç cavabsız qolla qalib gəlib. “Lex”in ilk qolunu Ernan Renqifo Triqoso, digər iki topu Robert Levandovski vurub. Qeyd edək ki, “Xəzər-Lənkəran”ın rəqibinin yoxlama oyununda qarşılaşacağı daha bir komanda müəyyənləşib. Polşalılar iyulun 13-də Kuba milli komandasını sınağa çəkəcək.
0