Petar Kurçubiç: “Olimpik” klubunun mərhələ keçmək şansı azdır”
03.07.2008 - 11:58
Petar Kurçubiç: “Olimpik” klubunun mərhələ keçmək şansı azdır”
Belqrad. Mehman Süleymanov - APA-Sport. “UEFA kubokunda keçmiş klubum “Olimpik”lə doğulduğum şəhərin komandası “Voyvodina” görüşəcək”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında Bakının “Olimpik” klubunun sabiq baş məşqçisi Petar Kurçubiç deyib. Hazırda Serbiyanın “Banat” komandasını çalışdıran mütəxəssis keçmiş klubunun UEFA kubokunda şansını belə dəyərləndirib: “Olimpik” klubunun rəqibi “Voyvodina” Serbiyanın üçüncü böyük komandasıdır. Onun avrokuboklarda təcrübəsi böyük olduğu halda, “Olimpik” debütantdır. Bu mənada həmyerlilərimin şansı daha çoxdur. Novı Sad şəhərində keçiriləcək görüşü izləmək istəyirəm. Vaxt tapıb, bunu reallaşdırmağa çalışacağam. Serbiyalı olduğum üçün, “Voyvodina”ya azarkeşlik etməyim təbii haldır. Ancaq “Olimpik”ə da biganə deyiləm və keçmiş komandama UEFA kubokunda uğurlar arzulayıram”.
Qeyd edək ki, “Olimpik” güclülər dəstəsində debüt mövsümünü (2005/06) P.Kurçubiçin rəhbərliyi altında 12-ci yerdə başa vurub.
0