Azərbaycan - Farer adaları matçının vaxtı dəqiqləşib
03.07.2008 - 14:51
Azərbaycan - Farer adaları matçının vaxtı dəqiqləşib
Bakı. Mehman Süleymanov - APA-Sport. Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının 2009-cu il Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi növbəti oyunun vaxtı dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, almaniyalı mütəxəssis Bernard Lippertin çalışdırdığı olimpiya yığmamızın Farer adalarından olan həmyaşıdları ilə Bakıdakı görüşü sentyabrın 6-da saat 18:00-da başlayacaq. Matç Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Komandamız cari seçmə mərhələdə sonuncu oyununu bundan 4 gün sonra keçirəcək. Belə ki, olimpiya yığmamız hazırkı seçmə mərhələdə çıxışını sentyabrın 10-da Albaniya yığması ilə səfər matçı ilə başa vuracaq.
Qeyd edək ki, olimpiya yığmamız 8 oyundan sonra 1 xalla qrupunda sonuncu pillədə qərarlaşıb.
0