Azərbaycanın 22 futbolçusu Türkiyəyə yollanır
09.07.2008 - 15:52
Azərbaycanın 22 futbolçusu Türkiyəyə yollanır
Bakı. Aqşin Əliyev - APA-Sport. Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışı keçəcək 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının (U-19) heyəti açıqlanıb. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandamızın tərkibində qonşu ölkəyə 22 futbol aparılacaq. Heyətdə əsas diqqətçəkən isimlər ukraynalılar Andrey Popoviç, Kiril Bejenar və Mixail Zaytsevdir. Bundan başqa, U-19-a Səlahət Ağayev, Kamil Nurəhmədov, Emin Mustafayev, Vəfadar Quliyev, Zahid Quliyev, Əvəz Rəhimov, Sərraf Yusifzadə, Orxan Həsənov, Eşqin Quliyev, Emin Cəfərquliyev, Cavid Musayev, Novruz Məmmədov, Qurban Əsgərov, Elşad Əhmədov, Ramin Rəhimzadə, Məhəmməd Şərif, Röyal Nəcəfov, Fariz Məmmədov və Pərviz Bayramov da dəvət alıblar. Baş məşqçi Yaşar Vahabzadənin yetirmələri səfərə iyulun 15-də çıxacaqlar. On günlük hazırlıq prosesi çərçivəsində bir neçə yoldaşlıq görüşünün keçirilməsi nəzərdə tutulub. Təlim-məşq toplanışı U-19 üçün Avropa çempionatının seçmə qrup mərhələsinə hazırlıq xarakteri daşıyacaq.
0