“İnter” Bolqarıstan yığmasının sabiq müdafiəçisindən imtina edib
09.07.2008 - 17:55
“İnter” Bolqarıstan yığmasının sabiq müdafiəçisindən imtina edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan çempionu “İnter” Bolqarıstanın “Belasitsa” klubunun futbolçusu ilə müqavilə bağlamaqdan imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, son üç ildə çıxış etdiyi komandada kapitan sarğısını daşıyan Blaqoy Nakov sonda “Pirin”lə müqavilə bağlamaq məcburiyyətində qalıb. Ötən il zədələnərək əlini sındıran və bu səbəbdən bir il futboldan kənar qalan universal müdafiəçinin keçidi ilə bağlı bakılıları dilə tutmağa çalışan bolqarıstanlıların istəyi reallaşmayıb. “İnter”in bolqarıstanlı prezidenti Georgi Nikolovu oyunçunun perspektivinə inandırmağa çalışan həmyerliləri B.Nakovun Azərbaycanda oynamasına nail olmayıb. Təmsilçimiz kimi, Bolqarıstanın “Liteks” klubu da oyun praktikası sarıdan problemi olan futbolçundan imtina edib.
Qeyd edək ki, 23 yaşlı müdafiəçi Bolqarıstanın gənclərdən ibarət yığma komandalarında çıxış edib
0