“Bakı” “Srvena Zvezda” ilə görüşə bilər
09.07.2008 - 18:15
“Bakı” “Srvena Zvezda” ilə görüşə bilər
Makedoniyalı çalışdırıcının sözlərinə görə, iki həftəlik toplanışda əsas diqqəti fiziki hazırlığa yönəldiblər: “Gündə iki dəfə ağır məşqlər keçdik. Hazırlığın ilk mərhələsində futbolçuları ağır yüklədim ki, bu zaman trenajor zallarından da istifadə edirdim. Toplanış oyunçuların fiziki formasının bərpası üçün çox faydalı oldu”. Növbəti fasilə müddətində də komandasını Qubaya aparmaq fikrində olan 53 yaşlı makedoniyalı mütəxəssis futbolçulardan razı qaldığını vurğulayıb: “Həm yerli, həm də əcnəbilər özlərini peşəkar futbolçu kimi göstərirlər. Qubada texniki-taktiki hazırlıq üzərində də çalışdıq və Sloveniyadakı təlim-məşq toplanışında buna daha çox diqqət yetirəcəyik. Orada mütəmadi yoxlama matçları keçirməyimiz oyun praktikasının artmasına, xətlərarası əlaqənin qaydasına düşməsinə, yeni futbolçuların komandaya uyğunlaşmasına hesablanıb”. Q.Hacievski iyulun 13-dən başlayacaq Sloveniya toplanışında 5 yoxlama matçı keçirməyi planlaşdırdıqlarını söyləyib: “Qışda Türkiyədə yoxlama oyununda 0:1 hesabı ilə uduzduğumuz bu komanda ilə Sloveniyanın Ptuj şəhərində bir yerdə qalacaqdıq. Ancaq sonradan məlum oldu ki, “Enerji” hazırlığını Almaniyada keçirəcək və buna görə də bizimlə oynamaqdan imtina etdi. Hər halda, Avstriya ilə sərhəddə olan Ptujda çoxlu komandalar olduğundan, güclü rəqiblərlə qüvvəmizi sınaya biləcəyik. Sloveniya, Xorvatiya, Serbiya, Bosniya və Herseqovina, Bolqarıstan klubları ilə görüşlər nəzərdə tutulub. Sloveniya çempionu “Olimpiya”, Bolqarıstanın “Slaviya”, Bosniya və Herseqovinanın “Sarayevo”, habelə Branimir Subaşiçin yeni transfer olunduğu “Srvena Zvezda” klubu ilə yoxlama görüşləri keçirəcəyimiz gözlənilir”.
0