“Xəzər-Lənkəran” İspaniya Primerosunda oynayan hücumçunu transfer edir
10.07.2008 - 11:56
“Xəzər-Lənkəran” İspaniya Primerosunda oynayan hücumçunu transfer edir
32 yaşlı rumıniyalı ilə hələlik rəsmi müqavilə imzalanmasa da, artıq danışıqlara başlanılıb. Karyerasının ilk 10 ilini (1994-2004) vətənində keçirən K.Radukanu Rumıniyanın ən titullu “Styaua” klubunda 5 mövsüm keçirib. Bu müddətdə ölkə çempionluğu və kuboku qazanan hücumçu Buxarest klubunda keçirdiyi 106 oyunda 58 qol vurub. Sonradan İspaniyanın “Espanyol” komandasına keçən K.Radukanu Primeroda 11 görüşdə 3 dəfə fərqlənib. O, bu qolların ikisini “Atletiko”, birini “Vilyarreal” klubuna vurub.
2004/05 mövsümündə Almaniyada legioner karyerası yaşayan K.Radukanu birinci liqada mübarizə aparan “Arminiya” klubunda (5 oyun) çıxış edib. Bundan sonra vətənə qayıdan rumıniyalı Vaslui şəhərinin eyni adlı komandasında oynayıb. Növbəti iki mövsümü Çin və Kiprin aşağı liqa təmsilçilərində keçirən K.Radukanu ötən il İtaliyada forma geyinib. Hücumçu bu ölkənin üçüncü liqasında “Sorrento” klubunun şərəfini qoruyub. Son iki mövsümü vətənində “Kluj” klubunda keçirən K.Radukanu başa çatan mövsümdə ölkə çempionu olub. 32 yaşlı futbolçu Rumıniya yığmasında beş il öncə iki oyunda meydana çıxıb.


0