Bakının “İnter” klubu “Kocaelispor” üzərində qələbə qazanıb
10.07.2008 - 11:58
Bakının “İnter” klubu “Kocaelispor” üzərində qələbə qazanıb
İzmit. Mehman Süleymanov - APA-Sport. Bakının “İnter” klubu Türkiyədəki hazırlıq prosesini qələbə ilə başa vurub. “APA-Sport” agentliyinin məlumatına görə, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək paytaxt təmsilçisi Türkiyə Superliqasına qayıdan “Kocaelispor” klubunu məğlub edib – 1:0. Qələbə topunu Azərbaycan Premyer Liqasında ötən mövsümün bombardiri olan Xaqani Məmmədov 44-cü dəqiqədə vurub.
Azərbaycan çempionu Türkiyədə keçirdiyi altı yoxlama oyunun hamısını qələbə ilə başa vurub. Komandamız Türkiyənin aşağı liqa təmsilçilərini 10:0, 6:0 və 5:1, İlqar Qurbanovun çıxış etdiyi “Sivasspor”u 2:0, İran çempionu “Sepahan”ı 3:1 hesabı ilə məğlub edib.
0