Karluş Keyruş Portuqaliya yığmasının yeni baş məşqçisi olub
10.07.2008 - 13:28
Karluş Keyruş Portuqaliya yığmasının yeni baş məşqçisi olub
Bakı. Mehman Süleymanov - APA-Sport. Portuqaliya yığmasının yeni baş məşqçinin adı bəlli olub. “APA-Sport” agentliyinin məlumatına görə, “Mançester Yunayted” klubunda Aleks Ferqyussonun köməkçisi olan portuqaliyalı Karluş Keyruş bu gün bağladığı müqavilə ilə milli komandasının sükanı arxasına keçib. Vaxtilə Madridin “Real” klubunu çalışdıran portuqaliyalı mütəxəssisin yerli futbol federasiya ilə imzaladığı anlaşma 4 illik nəzərdə tutulub. K.Keyruşun “Mançester Yunayted” klubu ilə müqaviləsi başa çatmadığı ona görə kompensasiya ödəniləcək. Belə ki, portuqaliyalının son klubu ona görə 1 milyon funt sterlinq məbləğində təzminat alacaq.
Qeyd edək ki, son 6 ildə Portuqaliya yığmasına rəhbərlik edən braziliyalı Luis Felipe Skolari Avro-2008-dən sonra Londonun “Çelsi” klubun sükanı arxasına keçib.
0