“Kocaelispor” - “İnter” görüşü qalmaqal ucbatından yarımçıq qalıb
10.07.2008 - 14:55
“Kocaelispor” - “İnter” görüşü qalmaqal ucbatından yarımçıq qalıb
Qalmaqal görüşün 85-ci dəqiqəsində, türkiyəlilər hesabda 0:1 geri olarkən baş verib. “Kocaelispor”un üzvü Tanerin sağ cinahdan qaldırdığı topu “İnter”in müdafiəçisi Əliyar İsmayılov əllə saxlayıb. Komandası məğlub durumda olduğundan əsəblərini cilovlaya bilməyən Taner Ə.İsmayılovun üstünə hücum edib. Daha sonra “Kocalesipor”un digər futbolçusu Serdar Torpaktepe, eləcə də klub rəsmiləri də hadisəyə müdaxilə ediblər. Öz növbəsində “İnter”in ehtiyat oyunçular skamyasında oturanlar da meydançaya axışıblar. Küçə davasına səhnə olan qalmaqal təxminən 5 dəqiqə sonra yatırılıb. Baş hakim komandaların matçın qalan 5 dəqiqədə oynamalarından çəkinib və nəticədə yoldaşlıq görüşü yarımçıq dayandırılıb.
0