“Bakı” sabah yeni futbolçularının təqdimetmə mərasimini keçirəcək
10.07.2008 - 14:56
“Bakı” sabah yeni futbolçularının təqdimetmə mərasimini keçirəcək
Bakı. Mehman Süleymanov - APA-Sport. “Bakı” klubu sabah yeni futbolçularının təqdimetmə mərasimini keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, “Hyatt Regency” otelində təşkil olunacaq tədbir saat 15:30-da başlayacaq. Klubun rəhbərliyi, makedoniyalı baş məşqçi Qyoko Hacievskinin iştirak edəcəyi tədbirdə yeni transferlər mətbuat nümayəndələrinə, futbol ictimaiyyətinə təqdim ediləcək. “Bakı”nın mövsümlərarası fasilədə transfer etdiyi 10 futbolçudan 7-si legionerdir. Bunlar xorvatiyalı qapıçı Marko Sarliya, müdafiəçilər - bolqarıstanlı Aleksandar Tamaş, moldovalı Aleksey Savinov, yarımmüdafiəçilər – moldovalı Vadim Borets, braziliyalı Fabio Luis Ramim və makedoniyalı hücumçular Georgi Xristovla Draqan Naçevskidir. Ötən mövsümü “Neftçi”də keçirən yarımmüdafiəçilər Ramazan Abbasovla Ramal Hüseynovu geri qaytaran “Bakı” milli komandamızın da üzvü olan müdafiəçi Elvin Əliyevi “Olimpik”dən transfer edib.
0