“Rabotniçki” Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib
10.07.2008 - 17:09
“Rabotniçki” Bakıya gətirəcəyi heyəti müəyyənləşdirib
İlkin sifariş vərəqinə 22 futbolçu daxil edən “Rabotniçki” siyahıya daha üç futbolçu əlavə edə bilsə də, iştirak ərizəsindəki oyunçuların 7-nin ilk matçda iştirak etməyəcəyi dəqiqdir. Makedoniyanın ən titullu komandası “Vardar”ın yarımmüdafiəçisi Dimçe Ristevski ilə anlaşan Makedoniya çempionu 26 yaşlı futbolçunun adını da UEFA-ya təqdim edib. Orta sahə oyunçusunadək daha iki futbolçunu heyətinə qatan “Rabotniçki” ikinci qapıçı Petse Korunovski və problemini həll edə bildiyi Eftim Aksentiyevə də sifariş vərəqində yer vermişdi. Adı bu siyahıda olan Mensur İdrizi, Vladimir Tunevski, Qoran Boqdanoviç, Duşko Trayçevski, Kiril Trayçevski, Toni İlievski, Duşko Georgiyeviç isə Bakı səfərindən kənar qalacaq. Sənədlə bağlı problem üzündən ölkəmizə gələcəyi inandırıcı görünməyən afrikalılar – nigeriyalı Adekunle Lukmon və konqolu Rok İtua da “İnter”ə qarşı ilk qarşılaşmada çıxış edəcəyi gözlənilir.

“Rabotniçki” klubunun Bakıya gətirəcəyi “18-lik”

Qapıçılar: Lyupço Kmetovski, Petse Korunovski;

Müdafiəçilər: Dimitriya Lazarevski, Adekunle Lukmon, Filip Mişevski, Aleksandar Krstevski, Vladimir Sekulovski;

Yarımmüdafiəçilər: Dimçe Ristevski, Rok İtua, Boјan Mihaјloviç, Emir Şabani, Minas Osmani, Blaqoyçe Lyamçevski, Eftim Aksentiyev;

Hücumçular: Baje İliyoski, Krste Velkoski, Ardiyan Nuxiu, Muarem Muarem.


0