“Qızıl top” kimin olacaq?
10.07.2008 - 18:05
“Qızıl top” kimin olacaq?
Bakı. Mehman Süleymanov - APA-Sport. Ötən ay İspaniya yığmasının heyətində Avropa çempionatının qızıl medallarına sahib çıxan qapıçı İker Kasilyasla hücumçu Fernando Torres “Qızıl top” mükafatını qazanmağa əsas namizədlər sayılır. “APA-Sport” agentliyinin məlumatına görə, İ.Kasilyesin şansı F.Torreslə müqayisədə daha yüksək qiymətləndirilir. Buna səbəb 27 yaşlı qapıçısının Madridin “Real” klubunun heyətində bu il İspaniya çempionu olmasıdır. F.Torres isə Liverpulun eyni adlı komandasının heyətində Premyer Liqanı 4-cü yerdə başa vurub. Avropa çempionatının finalında Almaniyanın qapısına qələbə topunu vuran 24 yaşlı hücumçu İngiltərədə debüt mövsümündə bombardir olub. Portuqaliyalı Kriştiano Ronaldo və argentinalı Leonel Messi də “Qızıl top”a əsas namizədlər olsalar da, üstünlük Avropa çempionlarına veriləcək.
0