Miroslav Saviç: “Serbiyada ailəm olsa da, Bakıda da evlənəcəyəm”
10.07.2008 - 18:27
Miroslav Saviç: “Serbiyada ailəm olsa da, Bakıda da evlənəcəyəm”
Bakı. Elçin Məmmədov - APA-Sport. “Bakıda yeni ailə həyatı qurmaq istəyirəm. İstədiyim bir qız var. Onunla evlənəcəyəm”. Bu sözləri “APA-Sport” agentliyinə açıqlamasında “Xəzər-Lənkəran" klubunun sabiq müdafiəçisi Miroslav Saviç deyib. 35 yaşlı futbolçu bildirib ki, Serbiyada yaşan valideynlərini və qızını atmaq fikrində deyil: “Vətənimə axırıncı dəfə 2 ay əvvəl getmişdim. Həm valideynlərim, həm də qızım mənim üçün çox darıxmışdılar”. Hazırda Mərkəzi Ordu İdman Klubunun (MOİK) düşərgəsində olan serbiyalı legioner Bakının səs-küyünə öyrəşdiyini söyləyib: “Bakıda yaşamağa dəyər. Bundan başqa, paytaxtın kriminal mühiti yoxdur. Amma küçələr səsli-küylüdür. Artıq mən buna öyrəşmişəm. Futbolçu karyeramı davam etdirsəm, bəlkə ömürlük Azərbaycanda qalacağam”. M.Saviç MOİK-ə keçidini baş məşqçi Qəhrəman Əliyevlə əlaqələndirib: "O, mənə dedi ki, gəl, kömək elə”.
Qeyd edək ki, M.Saviç vaxtilə “Masallı”da baş məşqçi Qəhrəman Əliyevin köməkçisi işləyib.
0