“Voyvodina” klubunun baş məşqçisi: “Komandam “Olimpik”lə oyuna hazırdır”
11.07.2008 - 10:03
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Serbiyanın “Voyvodina” klubunun baş məşqçisi Draqolyub Bekvalaç deyib. UEFA kubokunun birinci təsnifat mərhələsində Bakının “Olimpik” komandasıyla qarşılaşacaq Novi Sad təmsilçisinin çalışdırıcısı növbəti yoxlama oyununda yetirmələrinin qələbəsindən razı qalıb. Öz meydanında keçirilən qarşılaşmada Macarıstanın “Vaşaş” klubunu 2:0 hesabı ilə məğlub edən serbiyalılar “Olimpik”lə görüşə hazırdır: “Ümumilikdə, komandamızın hazırlıq durumundan razıyam. İki hazırlıq prosesi keçdikdən sonra deyə bilərəm ki, “Olimpik”lə qarşılaşmalara hazırıq. Yoxlama görüşlərində oyunçularımı sınadığımdan cümə axşamı güvənəcəyim heyəti təxminən müəyyənləşdirmişəm. Yalnız bir-iki mövqe ilə bağlı hələ bir az tərəddüd edirəm. Bundan sonra yalnız axtardığımız hücumçu mövqeyinə namizədləri sınayacağıq. Elə futbolçu istəyirəm ki, Serbiya çempionatında mövsümə 20 qol vurmaq iqtidarında olsun”.
Qeyd edək ki, “Voyvodina” – “Olimpik” matçı iyulun 17-də keçiriləcək.
Qeyd edək ki, “Voyvodina” – “Olimpik” matçı iyulun 17-də keçiriləcək.
- Guendouzi "Fənərbaxça" üçün İstanbula gəlib - FOTO - YENİLƏNİB
- "Fənərbaxça" İrfan Can Kahvecini göndərdi: Bu kluba icarəyə getdi
- Deku Ter Ştegenin zədəsi ilə bağlı: "Əvəllər də bu cür zədə alıb"
- "Bavariya"nın qapıçısı Premyer Liqa klubunda
- FIFA dünya çempionatında ofsayd qərarları üçün süni intellektdən istifadə edəcək
0
0