“Xəzər-Lənkəran”ın rəqibi Avstriyada ilk məğlubiyyətini alıb
11.07.2008 - 11:03
“Xəzər-Lənkəran”ın rəqibi Avstriyada ilk məğlubiyyətini alıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Xəzər-Lənkəran” klubunun UEFA kubokunun birinci təsnifat mərhələsində rəqibi “Lex” növbəti yoxlama oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Avstriyanın Qrosspetersdorf şəhərində təlim-məşq toplanışı keçirən Polşa təmsilçisi Rumıniyanın “Qaz metan media” klubuna 0:1 hesabı ilə məğlub olub. Rumıniyalılar yeganə qolunu matçın 12-ci dəqiqəsində vurub. Baş məşqçi Frantişek Jmudanın yetirmələri ötən mövsüm Rumıniya çempionatının birinci dəstəsində çıxış edən rəqibindən erkən qol buraxdıqdan sonra oyunda dönüş yarada bilməyib. Avstriyada 5-ci yoxlama görüşünü keçirən poznanlılar əvvəlki qarşılaşmaların heç birində məğlub olmamışdı. Qeyd edək ki, növbəti yoxlama matçını Poznanda keçirəcək “Lex” iyulun 13-də Kuba millisi ilə qarşılaşacaq.
0