Vladimir Miçoviç: “Penaltilər seriyasına tam hazıram”
11.07.2008 - 12:52
Vladimir Miçoviç: “Penaltilər seriyasına tam hazıram”
33 yaşlı serbiyalı futbolçunun sözlərinə görə, Belçikanın “Jerminal” klubu ilə cavab görüşündə taktiki plandan çox şey asılı olacaq: “Rəqib güclü komanda olduğunu ilk oyunda göstərdi. Belçikalılar çox təhlükəlidirlər. Antverpen klubunun hücum xətti güclüdür və müdafiəni daim gərginlikdə saxlayır. Biz taktiki planda düzgün oynamalıyıq. Rəqib ilk matça qapısından top buraxdığından səfərdə qol vurmaq üçün böyük qüvvə ilə hücum edəcək. Bu zaman əks-hücumlarda qol vurmaqla, rəqibi cəzalandıra bilərik. İstənilən halda, hesabı qorumağa yox, öz oyunumuzu oynamaq lazımdır. Ən yaxşı müdafiə hücumdur prinsipinə əməl etməliyik”. Antverpendəki oyunda hakim səhvlərindən əziyyət çəkən V.Miçoviç cavab görüşündə yaxşı idarəçiliyə və qalibin müəyyənləşməsi üçün penaltilər seriyasına ehtiyac olmayacağına ümid edir: “Hakimlik haqda danışmaq istəmirəm. Yaxşısı budur, buna fikir verməyək və başımızı aşağı salıb, oyunumuzu oynayaq. Qalibi müəyyənləşdirmək üçün oyun sonrası penaltilər seriyasının təyin ediləcəyini düşünmürəm. Məsələni elə 90 dəqiqədə öz xeyrimizə həll etmək istəyirik. Lap elə penalti zərbəsi təyin edilsə belə, buna hazıram və heç nədən çəkinmirəm. Çünki bu zərbələri dəf etməkdə özümə inanıram”.
0