“Jerminal” klubu iyulda məğlub olmur
11.07.2008 - 12:58
“Jerminal” klubu iyulda məğlub olmur
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Belçikanın “Jerminal” klubu tarixi ərzində iyul ayında avrokuboklarda keçirdiyi oyunlarda məğlub olmayıb. “APA-Sport” agentliyinin məlumatına görə, İntertoto kubokunun ikinci mərhələsində Bakının “Neftçi” klubunun rəqibi tarixi ərzində 6 dəfə iyulda rəsmi beynəlxalq oyun keçirib. “Jerminal” bu matçların üçündə qalib gələrək, eyni sayda heç-heçə ilə kifayətlənib. Bakılılar üçün isə bu ayı uğurlu saymaq olmaz. Komandamız iyulda keçirdiyi 12 görüşdə 4 qələbə qazanıb, 2 heç-heçə edib və 6 dəfə məğlub olub. Oyunun keçirildiyi tarixdə isə həm “Neftçi”, həm də “Jerminal” ilk matçına çıxacaq. Ümumilikdə, avrokuboklar tarixində yalnız bir dəfə Azərbaycan klubu bu tarixdə meydana çıxıb. 2000-ci il iyulun 12-də keçirilən “Skonto” (Latviya) - “Şəmkir” qarşılaşmasında meydan sahibləri 2:1 hesabı ilə qalib gəlmişdi. Qeyd edək ki, “Neftçi” “Jerminal”la iyulun 5-də keçirilən oyunda 1:1 hesablı heç-heçə əldə etmişdi.
0