Nazim Süleymanov Artur Paqayevin vida matçında oynamaqdan imtina edib
11.07.2008 - 12:40
Nazim Süleymanov Artur Paqayevin vida matçında oynamaqdan imtina edib
Bakı. Aqşin Əliyev - APA-Sport. Azərbaycanın veteran futbolçusu, milli komandanın seleksiyaçı-məşqçisi Nazim Süleymanov Rusiyanın “Alaniya” klubunun üzvü Artur Paqayevin vida matçına dəvət alıb. Bu haqda “APA-Sport” agentliyinə Nazim Süleymanov özü məlumat verib. Ancaq 43 yaşlı çalışdırıcı iyulun 13-də Vladiqafqazın “Spartak” stadionunda keçiriləcək görüşdə iştirak edə bilməyəcək: “Buna vaxt qıtlığı səbəb oldu. Hazırda işlərim çox olduğundan Rusiyaya səfərim baş tutmayacaq. Əvəzində, zəng vurub, Paqayevi təbrik edəcəyəm”. N.Süleymanovla A.Paqayevin birgə oynadığı “Alaniya” 1995-ci ildə Rusiya çempionu tituluna yiyələnib. Vladiqafqaz təmsilçisinə qızıl medallar qazandırmış baş məşqçi Valeri Qazzayev vida matçında yenə “Alaniya“ya rəhbərlik edəcək.
Qeyd edək ki, karyerasını ötən il başa vurmuş A.Paqayev hazırda Mahaqçalanın “Anji” klubunda çalışır.
0