“Karvan” Azər Cabbarovla müqavilə bağlayıb
11.07.2008 - 14:57
“Karvan” Azər Cabbarovla müqavilə bağlayıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu Azər Cabbarovla bir illik müqavilə bağlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, 29 yaşlı yarımmüdafiəçi 2008/09 mövsümünü Yunis Hüseynovun rəhbərliyi altında keçirəcək. Son ölkə çempionatında “Qəbələ”də çıxış edən futbolçu kimi, türkmənistanlı Bayramdurdu Meredov da “Karvan”da qalmağa yaxındır. Yeni mövsümə hazırlığın Bakıda keçirilən hissəsində pis təsir bağışlamayan 28 yaşlı müdafiəçi komanda ilə birlikdə Türkiyəyə yollanacaq. Bəyənilməyərək geri qaytarılan həmyerlisi Bayramniyaz Berdıyevdən fərqli, B.Meredov sabahdan başlayacaq növbəti toplanışda da iştirak edəcək.
Qeyd edək ki, bu gün axşam qonşu ölkəyə yollanacaq “Karvan” bir həftə Qızılcahamamda, sonra isə Boluda hazırlıq keçəcək.
0