Renato “Xəzər-Lənkəran” klubuna gəlir
11.07.2008 - 15:38
Renato “Xəzər-Lənkəran” klubuna gəlir
“Bizə hər mövqeyə bir futbolçu lazımdır. Rumıniya yığmasının sabiq üzvü Radukanu təcrübəli futbolçudur. O, bir hücumçu kimi mənə lazımdır və onu keçidi ilə bağlı danışıqlara başlamışıq. Rumıniyalı ilə yanaşı, portuqaliyalı və litvalı futbolçunu da transfer edəcəyimiz gözlənilir. 30 yaşlı Renato Portuqaliyada çıxış edir və hücumameylli futbolçudur. Hücumda, həm də orta sahədə oyun qurucusu kimi çıxış edə bilər. Braziliyalı Mario Souzanın gedişindən sonra bizə bu mövqedə belə futbolçu lazım idi. Litvalı Audrius Veykutis isə mərkəz müdafiəçisidir. Yaxşı fiziki göstəricilərə malik bu müdafiəçini menecerlər hazırlığın son günüdə bizə təklif etdilər. Onu sınadım və xoşuma gəldi. Litvalını Bakıya dəvət etmişik və onu bir daha yoxlamaq fikrindəyəm. İki il Ukraynada “Tavriya” klubunda çıxış edən son klubu Vilnüsün “Jalgiris” klubu olub. Hazırda oyunçu sarıdan korluq çəkirəm və UEFA kuboku oyunlarınadək yeni futbolçuları transfer etmək istəyirik”.
Vətənində “Suduva”, “Sviesa”, Danimarkada “Farum”, Rusiyada “Lisma-Mordoviya” klublarında çıxış edən 29 yaşlı litvalı müdafiəçi 1,86 metr boya malikdir. A.Veykutis “Tavriya”da həmyerlisi, “Olimpik”in az öncə transfer etdiyi 31 yaşlı hücumçu Nerijus Vasilyauskasla bir yerdə çıxış edib.
0