İlami Halimi: “Bəyəm Azərbaycan çempionunun heyətində yad planetdən gəlmələr oynayır?”
11.07.2008 - 15:59
İlami Halimi: “Bəyəm Azərbaycan çempionunun heyətində yad planetdən gəlmələr oynayır?”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bakının “İnter” klubunda Marsdan gələnlər oynamır”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri “Olimpik” komandasının sabiq futbolçusu İlami Halimi deyib. Makedoniyalı futbolçu Çempionlar Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “İnter” - “Rabotniçki” oyunlarında həmyerlilərinin zəif olmadığını iddia edib: “Bilmirəm, niyə çoxları “Rabotniçki”ni hesabdan silməyə tələsir. Bəyəm Azərbaycan çempionun heyətində yad planetdən gəlmələr oynayır? Mən mərc gəlməyə hazıram ki, oradakı futbolçular heç də Makedoniyadakılardan üstün deyil. “İnter”lə oyunlarda “Rabotniçki” şanssız deyil. Onların əsas oyunçusu 35 yaşlı Mahmud Qurbanovdur. İlk görüşdə orta sahədə sıx oynayıb onu zərərsizləşdirmək lazımdır. Əminəm ki, Ardiyan Nuxiu yaxşı formadadır. Rəqib müdafiəçilərinin hücumlara meylli olmasından yararlanmalıyıq. Bakılılar yüksək səviyyəli texnikaya, ustalıq səviyyəsinə malikdirlər, uzaq zərbələri təhlükəli olur. Lakin o qədər aqressiv deyillər və rəqibə pressinq tətbiq etmirlər. “Rabotniçki”nin baş məşqçisi Boban Babunski ilə söhbətdə ona rəqibin zəif və güclü tərəfləri haqda məlumat vermişəm”.
Qeyd edək ki, “İnter”lə “Rabotniçki” arasında ilk oyun iyulun 15-də keçiriləcək.
0