“Qarabağ” Xorvatiya milli komandasının sabiq üzvünü heyətinə cəlb edib
11.07.2008 - 17:22
“Qarabağ” Xorvatiya milli komandasının sabiq üzvünü heyətinə cəlb edib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Ağdamın “Qarabağ” klubu Xorvatiya yığmasının sabiq futbolçusu Qoran Vuyanoviçi heyətinə cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, milli komandada 10 oyun keçirmiş yarımmüdafiəçi “Qarabağ”a baxışa çağırılıb. 31 yaşlı futbolçu 1993-94-cü illərdə yığmada oynayıb. Q.Vuyanoviç 1993-cü ilin aprelində U-17-nin formasında Sloveniyaya qarşı rəsmi matçda debüt edib. Yığma karyerasını 14 il öncə tamamlayan istedadlı yarımmüdafiəçinin sonrakı karyerası uğursuz alınıb. Balkan yarımadasında aşağı dəstələrdə gün keçirən, hətta Çinə də yollanan xorvatiyalı zəif komandalarda oynamaqdan başqa heç nə ilə yadda qalmayıb. Bundan başqa, son illərdə Xorvatiyanın aşağı dəstələrində forma geyinən Arnel Petroviç “Qarabağ”ın düşərgəsinə gəlib. 27 yaşlı futbolçu ötən mövsüm “Draqa” klubunun heyətində 5 qol vurub. Hər iki legioner sabah “Əskişəhərspor”a qarşı keçiriləcək yoxlama oyununda sınaqdan keçiriləcək.
0