Georgi Xristov: “Azərbaycan Premyer Liqasında neçə qol vuracağımı deyə bilmərəm”
11.07.2008 - 17:28
Bakı. Mehman Süleymanov - APA-Sport. “Azərbaycan Premyer Liqasında neçə qol vuracağımı deyə bilmərəm. Ümumiyyətlə, əvvəldən belə vədlər verməyi xoşlamıram”. Bunu “APA-Sport” agentliyinə açıqlamasında “Bakı” klubunun yeni transferi Georgi Xristov deyib. Karyerası ərzində 9 ölkədə, o cümlədən İngiltərədə legioner həyatı yaşayan 32 yaşlı hücumçu “Bakı”ya kömək etməyi qarşısına məqsəd qoyub: “Yeni komandamın uğurlu çıxışı üçün əlimdən gələni əsirgəməyəcəm. Biz hamımız bunun naminə çalışacağıq. Məni şəxsi yox, klubun nəticəsi maraqlandırır”. G.Xristov indiyədək vurduğu qolların bəzilərini unutduğunu söyləyib: “Azərbaycan yığması ilə oyunda iki dəfə fərqlənmişəm. Bu, 2000-ci ilin oktyabrında Skopyedə olub. 3:0 hesablı qələbə qazandığımız matçda ilk iki qolu mən vurdum”. Makedoniyalı futbolçu gələn həftə həmyerlilərinin Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda “İnter”ə qarşı keçirəcəkləri oyuna proqnoz verməyə çətinlik çəkib: “Hələ “İnter”in oyununu görməmişəm. “Rabotniçki” son mövsümdə çempion olduqdan sonra böyük dəyişikliyə məruz qalıb. Komandaların gücünü bilmədiyimdən proqnoz vermək mənə çətindir”.
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0