“İnter”in rəqibi daha bir oyunçusunu itirib
11.07.2008 - 17:48
“İnter”in rəqibi daha bir oyunçusunu itirib
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “İnter” klubunun Çempionlar Liqasındakı rəqibi “Rabotniçki” heyətlə bağlı növbəti problemlə üzləşib. “APA-Sport” agentliyinin məlumatına görə, Makedoniya təmsilçisi qarşıdakı yarışın birinci təsnifat mərhələsinin ilk oyununda təcrübəli yarımmüdafiəçi Vladimir Sekulovskinin xidmətindən yararlana bilməyəcək. Komandanın baş məşqçisi Boban Babunski yarımmüdafiəçini Bakıya gətirəcəyi “18-liy”ə daxil etsə də, “Vardar”la problemi tam həll olunmayan V.Sekulovskinin keçidi hələ reallaşmayıb. Onun əvəzinə gənc Qaran Boqdanoviçə şans verilib. Skopyelilər Bakı səfərinin vaxtında da dəyişiklik ediblər. “Rabotniçki” əvvəlcədən planlaşdırıldığı kimi iyulun 13-də deyil, 12-də səfərə çıxacaq. Sabah günorta saatlarında Skopye-İstanbul-Bakı reysi ilə uçacaq 37 nəfərlik heyət bazar günü səhər saat 07:00-da paytaxtımıza təşrif buyuracaq.
0