Ağasəlim Mircavadov: “Niyə hərbi xidmətə təkcə “Xəzər-Lənkəran”ın futbolçularını aparırlar?”
11.07.2008 - 18:49
Ağasəlim Mircavadov: “Niyə hərbi xidmətə təkcə “Xəzər-Lənkəran”ın futbolçularını aparırlar?”
Onun sözlərinə görə, lənkəranlıların Avstriyanın Zalsburq şəhərində keçirilən dörd yoxlama oyununun yalnız birində qalib gəlmələri heyətdəki dəyişikliklərlə bağlıdır: “Baxışa 10-12 futbolçu gəlmişdi. Yoxlama matçlarında onları sınaqdan keçirməyimiz nəticəyə mənfi təsir göstərdi. Üstəlik, Emin Quliyev və Füzuli Məmmədov səhhətlərindəki nasazlıq ucbatından xəstəxanaya düşdülər”. 61 yaşlı çalışdırıcı futbolçularının hərbi xidmətə çağırılması ilə bağlı yaranan problemlərə də toxunub: “Rahidi hərbi xidmətə görə Avstriyaya buraxmadılar, Bakıda qaldı. Halbuki, bildiyimə görə, onun hərbi bileti var. Elmar Baxşıyevlə Rəşad Abdullayev də əsgərliyə çağırılır. Onlar Avstriyaya hazırlığa apara bilsək də, narahatçılıq qalırdı. Futbolçular mütəmadi evləri ilə əlaqə saxlayaraq, vəziyyətlə maraqlanırdılar. Bu da istər-istəməz hazırlıq prosesinə təsir göstərir, gərginlik yaradırdı. Niyə hərbi xidmətə ancaq “Xəzər-Lənkəran”ın futbolçularını aparırlar? Bu sualın cavabı mənim üçün qaranlıq qalır. Qanun varsa, bu, hamı eyni üçün olmalıdır”. A.Mircavadov “Xəzər-Lənkəran”ın UEFA kubokunda ev oyunlarını Lənkəranda keçirməsinə qoyulan qadağanı və AFFA-nın legioner limitini ləğv etməsini də düzgün saymır: “Avstriyada söhbətləşdiyim bir sıra menecerlər də UEFA-nın bu qərarını səhv hesab edirlər. Müasir tələblərə cavab verən stadionumuz olduğu halda, avrokuboklarda orada oynaya bilmirik. Yadımdadır, 1994-cü milli komandanı çalışdırdığım zamanı Polşa ilə səfər matçı keçirilən Lodz şəhərinə hava limanından 200 kilometr yol getmişdik. AFFA-nın legioner limitini ləğv etməsinin transfer siyasətimizə dəxli yoxdur. Biz onsuz da səviyyəli legionerlərə üstünlük veririk. Həm də limiti aradan götürməklə futbolu inkişaf etdirmək qeyri-mümkündür”.


0