Uels – Azərbaycan oyununun vaxtı dəqiqləşib
12.07.2008 - 11:49
Uels – Azərbaycan oyununun vaxtı dəqiqləşib
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan milli komandasının 2010-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsindəki ilk matçının vaxtı dəqiqləşib. “APA-Sport” agentliyinin məlumatına görə, futbol yığmamızın Uelş yığması ilə oyunu sentyabrın 6-da Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. Almaniyalı mütəxəssis Berti Foqtsun rəhbərliyi altında ilk seçmə matçına çıxacaq komandamız tarixində üçüncü dəfə öz oyununu Kardiff şəhərinin “Millenium” stadionunda keçirəcək. Millimiz 2004-cü il Avropa çempionatının bu stadionda keçirilən seçmə oyununda 0:4, 2006-cı il dünya çempionatının seçmə mərhələsində isə 0:2 hesabı ilə məğlub olub.
Qeyd edək ki, millimiz seçmə mərhələdə ikinci oyununu sentyabrın 10-da Bakıda Lixtenşteynə qarşı keçirəcək.
0