Azərbaycan futbol yığması Gürcüstan milli komandası ilə iki oyun keçirəcək
12.07.2008 - 11:51
Azərbaycan futbol yığması Gürcüstan milli komandası ilə iki oyun keçirəcək
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Azərbaycan futbol yığması Gürcüstan milli komandası ilə iki oyun keçirəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 17 yaşlılar arasında Avropa çempionatının seçmə oyunlarına hazırlıq məqsədilə ölkəmizə gələcək gürcüstanlılar Bakıda iki yoxlama oyununda qüvvəsini sınayacaq. Hazırda Laqodexi şəhərində hazırlaşan rəqibimiz Azərbaycan paytaxtına iyulun sonunda gələcək. U-17-lərin qarşılaşmaları rəqib üçün seçim xarakteri daşıyır. Litvada keçiriləcək beynəlxalq turnirə yollanan Gürcüstan yığmasının heyəti ölkəmizdəki oyunlar əsasında müəyyənləşəcək. Yığmamızla oyunlarda Moskvanın “Spartak” klubunun yarımmüdafiəçisi Caniko Ananidze də çağırılıb.
Qeyd edək ki, qitə çempionatına hazırlaşan yığmamız Avstriyada keçirilən beynəlxalq turnirin qalibi olub.
0