“Qarabağ” qol vura bilmir
14.07.2008 - 09:38
“Qarabağ” qol vura bilmir
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Türkiyədə hazırlığını davam etdirən Ağdamın “Qarabağ” klubu ikinci yoxlama matçını keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, Rasim Karanın yetirmələri bu dəfə yerli “Eskişehirspor” klubu ilə heç-heçə oynayıb - 0:0. Baxışa çağırılan legionerlərlə yanaşı, komandaya yeni cəlb olunan qapıçı Sahil Kərimov da bu görüşdə forma geyinib. Ötən mövsüm “Karvan”da çıxış edən 27 yaşlı futbolçu yeni komandasındakı ilk matçda zədələnərək meydanı tərk edib.
Qeyd edək ki, “Qarabağ”ın Türkiyədə keçirdiyi ilk oyunda Gürcüstan “Zestafoni”si ilə görüşündə də qapılara top vurulmamışdı.
0