UEFA-nın rəsmi internet saytı: “Neftçi” sensasiya edib”
14.07.2008 - 09:46
UEFA-nın rəsmi internet saytı: “Neftçi” sensasiya edib”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. İntertoto kubokunun ikinci mərhələsinin sensasiyasına Bakının “Neftçi” klubu imza atıb. “APA-Sport” agentliyinin məlumatına görə, bu barədə UEFA-nın rəsmi internet saytı yazıb. Qitə futbol qurumunun nümayəndələri bakılıların turnirin üçüncü mərhələsinə yüksəlməklə intriqa yaratmasını düşünür: “Birinci mərhələdə Slovakiyanın “Nitra” klubunu yalnız səfər qolu sayəsində mübarizədən kənarlaşdıran Azərbaycan təmsilçisi bu dəfə daha güclü rəqibinə qalib gəldi. Matçın qolsuz bitməsinin də qane etdiyi “Neftçi” müdafiəçi Elnur Allahverdiyevin qolu ilə azarkeşlərini sevindirdi. İddialı olduğunu ortaya qoyan komanda üçüncü mərhələdə Rumıniyanın “Vaslui” klubu ilə intriqa doğuracaq görüşlərdə oynayacaq”.
Qeyd edək ki, “Neftçi” və “Vaslui” arasında ilk oyun iyulun 19-da keçiriləcək.
0