“Jerminal” klubunun yarımmüdafiəçisi: “Neftçi” mərhələ keçməyə layiq deyildi”
14.07.2008 - 10:22
“Jerminal” klubunun yarımmüdafiəçisi: “Neftçi” mərhələ keçməyə layiq deyildi”
“APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Belçikanın “Jerminal” klubunun yarımmüdafiəçisi Osey Kinq Qyan deyib. İntertoto kubokunun ikinci mərhələsinin cavab matçında Bakının “Neftçi” klubuna 0:1 hesabı ilə uduzan antverpenlilərin qanalı legioneri ilə müqayisədə qapıçı Kristof Maes fərqli vəziyyətdə olub: “Bir həftə əvvəl yaşadığım hisslər təkrarlanır. Yenə fərdi oyunumdan məmnun, komandanın nəticəsindən üzgünəm. Düşünürəm ki, bu səviyyədə oynaya biləcəyimi təsdiqlədim. Buraxdığım qoladək qapımızın önündə 2-3 təhlükə yaratdılar”.
Müdafiəçi Kurt van Doren isə İntertoto kubokunun onlar üçün ciddi əhəmiyyət kəsb etmədiyini düşünür: “Çox məyus olduğumuz aydındır. Lakin bu məğlubiyyəti hazırlıq prosesinin növbəti addımı kimi dəyərləndirirəm. Artıq bütün fikrimizi Belçika çempionatına hazırlığa yönəldə bilərik. Çünki bizim üçün mövsümdə ən vacib olanı budur”.
Yarımmüdafiəçi Yustis Uamfor “Neftçi” haqda müsbət fikirdə olsa da, hesabın fərqli olmamağında özlərini günahlandırıb: “Rəqib çox güclü idi. Xüsusilə, komanda kimi çox yaxşı təsir bağışlayırdılar. Buna baxmayaraq, biz üstünlükdən yararlana bilərdik. Amma bunu bacarmadıq. Əgər hər iki komanda əlinə düşən imkanlardan yararlansaydı, növbəti mərhələdə biz olardıq”.
0