Rail Məlikov “Vaslui” ilə ilk matçda oynamayacaq
14.07.2008 - 10:38
Rail Məlikov “Vaslui” ilə ilk matçda oynamayacaq
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Bakının “Neftçi” klubunun müdafiəçisi Rail Məlikov İntertoto kubokunun üçüncü mərhələsinin ilk matçında çıxış etməyəcək. “APA-Sport” agentliyinin məlumatına görə, 23 yaşlı müdafiəçi Rumıniyanın “Vaslui” klubu ilə iyulun 19-da keçiriləcək matçda meydana çıxmayacaq. Buna səbəb futbolçunun cəzalı olmasıdır. İntertoto kubokunun ikinci mərhələsinin Belçikanın “Jerminal” klubu ilə cavab oyununda sarı vərəqə alan R.Məlikov turnirdə aldığı ikinci xəbərdarlıq ucbatından bir oyunluq cəzalanıb. Müdafiəçi Bakıda keçirilən digər qarşılaşmada da – Slovakiyanın “Nitra” klubu ilə oyunda da önündə vərəqə görmüşdü. Paytaxtda keçirilən matçlarda cəzalanan futbolçu “Neftçi”nin Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi üçüncü oyunu buraxacaq.
Qeyd edək ki, R.Məlikov avrokuboklarda 10 oyun keçirib.
0