“Voyvodina” klubunun baş məşqçisi: “Olimpik” qəribə futbol oynayır”
14.07.2008 - 11:05
“Voyvodina” klubunun baş məşqçisi: “Olimpik” qəribə futbol oynayır”
UEFA kubokunun birinci təsnifat mərhələsində Bakının “Olimpik” klubu ilə qarşılaşacaq serbiyalıların çalışdırıcısı mərhələ keçmək fikrində olduqlarını bildirib: “Rəqibin oyunlarının kasetləri məni çox təəccübləndirdi. Belə rəqibin arxa xəttini yarmaq da çox çətindir. Düzdür, komandanın heyətində ciddi dəyişikliklər olub. Amma inanmıram ki, oyun dəst-xəttini dəyişsinlər. “Olimpik” Azərbaycan çempionatında ikinci yeri tutub ki, bu da rəqibin güclü olmasından xəbər verir. Bakı təmsilçisi ilə görüşlərin çətin olacağını düşünürəm. İlk oyunda qələbə üçün oynayacağıq. 3 qol vursaq, sakitləşə bilərik. Müdafiəyə meylli rəqib üçün Bakıda bizə qol vurmaq asan olmayacaq. Axı onlar üçün hücum etmək yad olan bir işdir. Serbiya futbolunun Azərbaycanı qabaqladığını yığma və klublarımız dəfələrlə təsdiqləyib. “Olimpik”lə oyunlarda biz də eynisini edəcəyik. Mən evdə qələbə, səfərdə heç-heçə istəyərdim”.
Qeyd edək ki, “Voyvodina” - “Olimpik” oyunu iyulun 17-də keçiriləcək.
0