Hakan Şükürün “Xəzər-Lənkəran” klubuna gəlməyəcəyi rəsmiləşdi
14.07.2008 - 14:41
Hakan Şükürün “Xəzər-Lənkəran” klubuna gəlməyəcəyi rəsmiləşdi
Lənkəranlıların danışıqlar apardığı 37 yaşlı hücumçu bildirib ki, Kanadanın “Toronto” klubunda oynayacaq. Türkiyə futbolunun tarixinə milli komandanın və ölkə çempionatlarının ən məhsuldar oyunçusu kimi düşən H.Şükür Amerika Futbol Liqasında (MLS) çıxış edəcək. Birləşmiş Ərəb Əmirlikləri, Qətər, həmçinin Türkiyə klublarının da maraq dairəsində olan hücumçunun Kanadada bir ilə 4 milyon dollar qazanacağı söylənilir. Belə ki, bir müddət əvvəl Türkiyədə olan “Toronto” rəsmiləri futbolçu ilə anlaşmanın şərtlərini razılaşdırıb.
0