“Rabotniçki”nin hücumçusu: “Azərbaycan klubları bir o qədər də güclü deyil”
14.07.2008 - 16:35
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bir müddət öncə Bakının “Standard” klubunda baxışda olmuşam. Həmin vaxt bəzi Azərbaycan komandalarının oyunlarını izləyə bildim”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Makedoniyanın “Rabotniçki” klubunun futbolçusu Ardiyan Nuxiu deyib. Sabah Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Bakıda “İnter”lə qarşılaşacaq skopyelilərin 30 yaşlı hücumçusu Azərbaycan futbolunun zəif olduğunu bildirib: “Azərbaycan klubları bir o qədər də güclü deyil. İnanın ki, onlarda Avropa miqyaslı yarışlarda uğur qazanmaq qabiliyyəti yoxdur. Düzdür, Azərbaycanda futbola çox böyük maddi vəsait qoyurlar. Aydındır ki, rəqib bizimlə müqayisədə daha hazırlıqlıdır. Lakin ən vacibi bizim necə oynayacağımızdır”.
Qeyd edək ki, “İnter” - “Rabotniçki” matçı sabah 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.
Qeyd edək ki, “İnter” - “Rabotniçki” matçı sabah 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq.
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
- Şeşko yenidən zədələndi – MİLLİNİN DÜŞƏRGƏSİNİ TƏRK ETDİ
- İngiltərə millisində zədə şoku - 5 futbolçu düşərgəni tərk etdi
- “Qalatasaray”dan Okan Burukla bağlı açıqlama
- “Fənərbaxça”nın futbolçusu əməliyyat olunub - 2 ay oynamayacaq
0
0