“Karvan”ın düşərgəsinə 2 makedoniyalı futbolçu qoşulub
14.07.2008 - 16:59
“Karvan”ın düşərgəsinə 2 makedoniyalı futbolçu qoşulub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Yevlaxın “Karvan” klubu heyətinə 2 makedoniyalı futbolçu cəlb edib. “APA-Sport” agentliyinin məlumatına görə, Çexiyanın bir neçə komandasının, xüsusilə “Bohemians”ın transfer etmək istədiyi Kliment Nastaski və son mövsümdə Albaniya “Dinamo”sunun şərəfini qorumuş Saşa Qoreski “Karvan”a baxışa çağırılıb. Tezliklə daha bir makedoniyalı Yunis Hüseynovun sərəncamında olacaq. Bu, Makedoniyanın son çempionatında “Pobeda” klubunda çıxış etmiş mərkəz müdafiəçisi İqor Saveskidir. Hər 3 əcnəbinin taleyinə yaxın günlərdə aydınlıq gələcək.
Qeyd edək ki, “Karvan” klubunda heç vaxt makedoniyalı futbolçu oynamayıb.
0