“Rabotniçki” klubunun qapıçısı: “Azərbaycan çempionu ilə oynayırıqsa, niyə özümüzə əziyyət verməliyik?”
14.07.2008 - 17:21
“Rabotniçki” klubunun qapıçısı: “Azərbaycan çempionu ilə oynayırıqsa, niyə özümüzə əziyyət verməliyik?”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Bilmirəm nəyə görə oyuna belə səylə hazırlaşıb, özümüzə əziyyət veririk? Onsuz da Azərbaycan çempionu ilə oynayırıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Makedoniyanın “Rabotniçki” klubunun futbolçusu Lyupço Kmetovski deyib. 36 yaşlı qapıçı Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” klubunun rəqibi olan “Rabotniçki”nin qızıl medallar qazanan heyətindən qalan azsaylı oyunçulardan biridir. Təcrübəli futbolçu komandada baş verən hadisələrin nəticəyə bir o qədər də təsir etməyəcəyini söyləyib: “Biz öz səviyyəmizə güvənirik. İlk oyunda bizdən sadəcə səhvsiz oynamaq tələb olunur ki, əks təqdirdə özümüzü çətin vəziyyətdə qoyarıq. Heyətimizdə ciddi dəyişikliklərin olmasına baxmayaraq, Makedoniya futbol ictimaiyyətini sevindirəcək nəticəni qazanmaq gücündəyik”.
Qeyd edək ki, L.Kmetovski “Rabotniçki”yə 6 ay əvvəl transfer olunub.
0