“Kayserispor”un argentinalı hücumçusu “Qarabağ”da oynamaq istəməyib
14.07.2008 - 17:23
“Kayserispor”un argentinalı hücumçusu “Qarabağ”da oynamaq istəməyib
Bakı. Vüqar Xeyrullayev – APA-Sport. Daha bir legioner Ağdamın “Qarabağ” klubunda oynamaqdan imtina edib. “APA-Sport” agentliyinin məlumatına görə, bir müddət əvvəl Hasan Şaş, Ahmet Yıldırım və İbrahim Koç kimi oyunçuları transfer etmək istəyi reallaşmayan ağdamlılar Leonardo Andres İqlesiasın da keçidini həll edə bilməyib. Türkiyənin “Kayserispor” klubunda çıxış edən 29 yaşlı hücumçu ilə maraqlanan “Qarabağ” rəhbərliyi futbolçunun Azərbaycan çempionatında oynamaq niyyətində olduğunu bildikdən sonra bu istəyin baş tutmayacağı ilə barışıb. 2006-cı ilədək Argentina, Uruqvay, həmçinin İspaniya klublarında çıxış edən L.A.İqlesias artıq Kayseridə keçirdiyi iki mövsümdə 52 matça 11 qol vurub.
Qeyd edək ki, 29 yaşlı hücumçu qısa müddətdə Azərbaycan milli komandasının oyunçusu Rəşad Sadıqovla komanda yoldaşı olub.
0