Roman Quello “Rabotniçki”yə qarşı oynamayacaq
14.07.2008 - 17:23
Roman Quello “Rabotniçki”yə qarşı oynamayacaq
Bakı. Mehman Süleymanov - APA-Sport. “İnter” Çempionlar Liqasının birinci təsnifat mərhələsində Makedoniyanın “Rabotniçki” klubu ilə sabahkı oyuna itkilərlə çıxacaq. “APA-Sport” agentliyinin məlumatına görə, komandamızın ukraynalı baş məşqçisi Valentin Xodukin serbiyalı yarımmüdafiəçi Qoran Arnautla yanaşı, uruqvaylı hücumçu Roman Quellonun da xidmətindən ilk matçda istifadə edə bilməyəcək. Hər iki futbolçunun zədə ilə bağlı problemləri var və bu səbəbdən heç qrup halında çalışmalarda iştirak etmir. V.Xodukin fərdi planda çalışan “İnter”in legionerlərinin iyulun 22-də Skopyedə keçiriləcək cavab görüşünə qədər sağalacağına ümid edir. Yeni hücumçu transfer edə bilməyən “İnter”in ukraynalı çalışdırıcısının sərəncamında iki ön xətt oyunçusu Xaqani Məmmədovla uruqvaylı Valter Quqlemon qalıb.
Qeyd edək ki, R.Quello “İnter”də çıxış etdiyi yarım ildə vacib qollara imza talan hücumçu kimi özünü göstərib.
0