Makedoniyalı futbolçular Azərbaycanda 5 qol vurub
14.07.2008 - 17:38
Makedoniyalı futbolçular Azərbaycanda 5 qol vurub
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan və Makedoniya klubları indiyədək 6 dəfə qarşılaşıb. “APA-Sport” agentliyinin məlumatına görə, Çempionlar Liqasının birinci təsnifat mərhələsində Bakının “İnter” və Makedoniyanın “Rabotniçki” klubları arasında oyun iki ölkə komandalarının 7-ci görüşü olacaq. İndiyədək avrokuboklarda təmsilçimiz yalnız bir dəfə makedoniyalılarla qarşılaşıb ki, 1999-cu ildə “Kəpəz” Çempionlar Liqasında “Sloqa Yuqomaqnat”ı keçə bilməmişdi – 0:1, 2:1. Azərbaycan və Makedoniya futbolu arasında əlaqələr 2005-ci ilin yayında yaranıb. İmişlinin “MKT-Araz” klubu təlim-məşq toplanışını Makedoniyada keçirən ilk və yeganə Azərbaycan klubu kimi tarixə düşüb. Yerli klublarla 4 yoxlama oyunu keçirən İqor Nakoneçnının yetirmələri “Bromitse” (2:2), “Makedoniya” (1:3), “Molodost” (5:0) və “Trnovo” (1:1) klubları ilə qarşılaşıb. Məhz həmin toplanışdan sonra Zoran Sterjovski və Zoran Baldovaliyev İmişli komandasının heyətinə cəlb olunaraq Azərbaycan çempionatının ilk makedoniyalıları oldu. Makedoniya millisinin oyunçusu olan Z.Baldovaliyev 16 oyuna 4 qol vurdusa, Z.Sterjovski cəmi 6 oyuna çıxıb. Azərbaycana gələn üçüncü makedoniyalı “Bakı”nı baş məşqçisi Qyoko Hacievski olub ki, o da komandasını 22 çempionat matçına çıxartmaqla yanaşı, millimizin baş məşqçisi postunda 3 matç keçirib. 2007/08 mövsümündə “Olimpik”in heyətində çıxış edən makedoniyalılar Bilal Veliya 9 görüşdə 1 qol vurub, İlami Halimi isə 5 matç keçirib.
Qeyd edək ki, yeni mövsümdə ən azı 3 makedoniyalı – Draqan Naçevski, Georgi Xristov (hər ikisi “Bakı”), Artim Şakiri (“Qarabağ”) çempionatımızda çıxış edəcək.
0