“İnter”, “Olimpik”, yoxsa “Xəzər-Lənkəran”?
14.07.2008 - 18:26
“İnter”, “Olimpik”, yoxsa “Xəzər-Lənkəran”?
Bakı. Aqşin Əliyev - APA-Sport. “Xəzər-Lənkəran” klubu Azərbaycanı Avropa miqyaslı yarışda daha layiqli təmsil edəcək. “APA-Sport” agentliyinin İnternet saytında keçirilən növbəti sorğunun nəticəsi belə olub. Üç həftə ərzində 701 nəfər saytımızı ziyarət edərək, “Sizcə, “İnter”, “Olimpik” və “Xəzər-Lənkəran” klublarından hansı Azərbaycanı avrokuboklarda daha layiqli təmsil edəcək” sualını cavablayıb. Müsabiqəyə qatılanların 42,65 faizi (299 nəfər) Lənkəran komandasının UEFA kubokunda layiqli çıxışına ümid bəslədiklərini bildirib. “İnter”, “Olimpik” və “Xəzər-Lənkəran”ın heç birindən uğur gözləməyənlərin sayı 153 nəfərə bərabərdir. Çempionlar Liqasındakı təmsilçimiz “İnter”i dəstəkləyənlərin sayı isə bundan 3 nəfər az olub. “Olimpik”, eləcə də “cavab verməyə çətinlik çəkirəm” variantları eyni miqdarda - 41 səs toplayıb. Ən nikbin respondentlər isə 17 nəfərdən (2,43 faiz) ibarət olub. Onlar bütün klublarımızın layiqli oynayacaqlarına ümidvardırlar.
Qeyd edək ki, avrokuboklarda “İnter” Makedoniyanın “Rabotniçki” (15/29 iyul), “Xəzər-Lənkəran” Polşanın “Lex”, “Olimpik” isə Serbiyanın “Voyvodina” komandası ((17/31 iyul) ilə qarşılaşacaq.
0