Azərbaycan Premyer Liqası Hindistan çempionatından 11 pillə geri qalır
15.07.2008 - 09:58
AFFA-nın keçirdiyi yarış 65,5 xalla hətta 89-cu pillədə olan Hindistan, həmçinin Yamayka, Panama, Zimbabve, Madaqaskar, Yeni Zelandiya kimi ölkələrdən geri qalıb. Planetin ən güclü çempionatı isə Argentinaya məxsusdur – 643 xal. Ən güclü turnirlər sırasına İngiltərə (562), Braziliya (555), İtaliya və İspaniya (hər ikisi 505), Almaniya (446) çempionatları da daxildir. Türkiyə Superliqası 294,5 xalla 15-ci yeri Yunanıstanla bölüşür. Azərbaycan çempionatı postsovet məkanında yalnız Türkmənistan, Tacikistan və Qırğızıstanı qabaqlayır. Belə ki, sabiq SSRİ təmsilçilərindən Özbəkistan (210) 25-ci, Rusiya (196) 34-cü, Ukrayna (163,5) 49-cu, Estoniya (161) 52-ci, Gürcüstan (149) 54-cü, Ermənistan (115,5) 80-ci, Moldova (112) 85-ci, Belarus (109) 87-ci, Litva (99) 92-ci, Latviya (89) 93-cü, Qazaxıstan isə (67,5) 99-cu yerdədir. Avrokuboklarda rəqibimiz olan klubların çıxış etdiyi çempionatlara gəlincə, “Neftçi” ilə qarşılaşacaq “Vaslui” dünyada 35-ci olan Rumıniya, “Olimpik”in rəqibi “Voyvodina” 61-ci olan Serbiya, “Xəzər-Lənkəran”la qüvvəsini sınayacaq “Lex” 67-ci olan Polşa, “İnter”lə görüşən “Rabotniçki” 87-ci olan Makedoniya birinciliyində çıxış edir.
Qeyd edək ki, Azərbaycan çempionatı 2007-ci ilin yekunlarına görə də dünyada 100-cü idi.
Qeyd edək ki, Azərbaycan çempionatı 2007-ci ilin yekunlarına görə də dünyada 100-cü idi.
0
0