Branimir Subaşiç “Srvena Zvezda” klubunda ilk oyununa çıxıb
15.07.2008 - 10:08
Branimir Subaşiç “Srvena Zvezda” klubunda ilk oyununa çıxıb
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. Azərbaycan milli komandasının hücumçusu Branimir Subaşiç Serbiyanın “Srvena Zvezda” klubunda ilk oyununu keçirib. “APA-Sport” agentliyinin məlumatına görə, serbiyalının debüt matçı komandası üçün uğursuz olub. Avstriyada təlim-məşq toplanışında olan B.Subaşıçın komandası Polşa çempionatının güclülər dəstəsinə vəsiqəni bu il qazanan “Slaşki” klubuna 0:4 hesabı ilə uduzub. Əvvəlki yoxlama matçlarında baş məşqçinin etimad göstərmədiyi 26 yaşlı futbolçu bu dəfə start heyətində meydana çıxaraq 45 dəqiqə meydanda olub. Avstriya toplanışında ilk məğlubiyyətini alan Belqrad təmsilçisi bu görüşədək Polşanın “İlz” (13:0), Sloveniyanın “Mura” (0:0) və Rumıniyanın “Qloriya” (3:1) klubları ilə görüşmüşdü.
Qeyd edək ki, B.Subaşiç fiziki hazırlıqsız olduğu üçün ilk 3 qarşılaşmada çıxış etməyib.
0