Luis Araqonesə “Fənərbaxça” ilə müqaviləni pozmaq təklif olunub
15.07.2008 - 10:26
Luis Araqonesə “Fənərbaxça” ilə müqaviləni pozmaq təklif olunub
Bakı. Mehman Süleymanov - APA-Sport. Türkiyənin “Fənərbaxça” klubunun baş məşqçisi Luis Araqones yeni təklif alıb. “APA-Sport” agentliyinin məlumatına görə, 70 yaşlı ispaniyalı mütəxəssis iyulun 5-də İstanbul təmsilçisi ilə bağladığı iki illik müqaviləni poza bilər. Özü də bu halda, L.Araqones “Fənərbaxça”ya təzminat ödəməyəcək. İspaniya yığmasına 24 illik fasilədən sonra Avropa çempionluğunu qazandıran təcrübəli məşqçinin gedişinə səbəb vətənində təklif almasıdır. Belə ki, İspaniya kubokunun son sahibi, UEFA kubokunda çıxış edəcək “Valensiya” L.Araqonesə baş məşqçi olmağı təklif edib. İspaniya mətbuatına yazdığına görə, tərəflər arasında rəsmi müqavilə artıq yaxın günlərdə imzalana bilər. L.Araqones həmyerlilərinin təklifini qəbul edəcəyi halda, “Valensiya” hazırkı baş məşqçisi Unay Emeri ilə yollarını ayıracaq.
Qeyd edək ki, “Valensiya” son bir ildə dörd baş məşqçi dəyişib. Bunlar Kike Sançes Flores, Oskar Fernandes, Ronald Kuman və Salvador Qonsalesdir.
0