“Vaslui” klubunun yarımmüdafiəçisi: “Neftçi”ni ciddi rəqib kimi qəbul etməliyik”
15.07.2008 - 11:16
“Vaslui” klubunun yarımmüdafiəçisi: “Neftçi”ni ciddi rəqib kimi qəbul etməliyik”
Bakı. Vüqar Xeyrullayev - APA-Sport. “Mərhələ keçmək üçün ilk növbədə “Neftçi” klubunu ciddi rəqib kimi qəbul etməliyik. Belə olan halda, matça məsuliyyətlə yanaşıb istəyimizə çatarıq”. “APA-Sport” agentliyinin məlumatına görə, bu sözləri Rumıniyanın “Vaslui” klubunun yeni transferi Marian Aliuta deyib. İntertoto kubokunun üçüncü mərhələsində Bakının “Neftçi” klubu ilə görüşəcək vasluililər 30 yaşlı yarımmüdafiəçiyə görə Timişoara “Politexnika”sına 200 min avro ödəyib. 9 mövsüm legioner karyerası yaşayan M.Aliuta Rumıniya çempionatlarında 137 matça 11 qol vurub. Yarımmüdafiəçi “Neftçi” ilə oyunlara ciddi yanaşdıqlarını bildirib: “Azərbaycan təmsilçisini keçmək çox yaxşı olardı. Bizim oyunçuların təcrübəsi əsas üstünlüyümüzdür. Biz istənilən rəqibə hörmətlə yanaşmağa borcluyuq. Lakin bu o anlama gəlmir ki, kimdənsə çəkinək. Bakıdakı oyunda uduzmamalıyıq ki, azarkeşlərimizin gözü önündə hər hansı uğursuzluq olmasın. “Neftçi”ni keçməklə ruh yüksəkliyinə nail olarıq. Nə olsun ki, “Neftçi” “Jerminal”ı üstələyib. Gəlin, ciddi olaq. Çünki Belçikada cəmi 2-3 güclü komanda var. Bizim çıxış etdiyimiz birincilik Belçika və Azərbaycan çempionatlarından öndədir”.
Qeyd edək ki, Rumıniya milli komandasının sabiq oyunçusu olan M.Aliuta yığmada 4 oyun keçirib.
0